“Tərtər işi”ndə bəraət alanlara ödəniləcək təzminatın məbləği açıqlandı

“Tərtər işi”nə görə məhkum edilərək sonradan bəraət alan şəxslərə kəsilmiş təzminatın ümumi məbləği bilinib.

Bu barədə vəkil Rəsul Cəfərov məlumat verib.

Vəkilin sözlərinə görə “Tərtər işi” üzrə məhkum edilmiş şəxslərdən bu günə qədər ümumilikdə 54 nəfər bəraət alıb. Onlardan 22 nəfər hərbi qulluqçuya veriləcək təzminat ümumilikdə 1 milyon 546 min manat təşkil edib. Bundan başqa, eyni iş üzrə bəraət almış 6 nəfər mülki şəxsə 167 min 420 manat təzminat ayrılıb.

R. Cəfərov qeyd edib ki, hazırda təzminat tələbi ilə bağlı məhkəmə prosesləri davam edir.

Qeyd edək ki, bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ