“Polislərin əmək haqqının artırılmasına ehtiyac var”.
Bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında bildirib.
Deputat qeyd edib ki, onların əmək haqları ilə xidmətləri adekvat deyil:
“Onların sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqətdə saxlanılmalıdır. Ona görə cənab sədr, sizin timsalınızda təşəbbüs göstərilsin və polis işçilərinin sosial durumu yaxşılaşdırılsın”.