İsraildə azərbaycanəsilli hərbçi həlak olub - video

İsraildə azərbaycanəsilli hərbçi həyatını itirib.

Bu barədə Bakı TV-nin “YouTube” kanalının İsraildən hazırladığı videosüjetdə məlumat verilib.

Məlumata görə, İsrail ordusunun zabiti, Azərbaycanın Sumqayıt şəhərindən olan 36 yaşlı Emin Axundov Beer şəhərində gedən döyüşlərdə həlak olub.

Emin Axundovun valideynləri, bacısı, həyat yoldaşı və iki övladı qalıb.

Dəfn mərasimi Beer-Şeve hərbi qəbiristanlığında baş tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ