Qarabağda antiterror əməliyyatlarında yaralanan qazimiz şəhid olub.
Sabirabad rayonu, Ulacalı kəndində doğulub boya-başa çatmış Muradov Əzizbəy Etibar oğlu bu gün səhər saatlarında müalicə aldığı hospitalda dünyasını dəyişib.
Qeyd edək ki, Əzizbəy Muradov 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş və Ali Baş Komandan tərəfindən beş medalla təltif olunmuşdu.
Asəf Zeynallı adına Musiqi kollecinin qarmon şöbəsində təhsil alan Əzizbəy Şuşa azad olunanda öz qabiliyyətini pianinoda “Qarabağ şikəstəsi” ifa etməklə göstərmişdi.
Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.
Xatirladaq ki, şəhidin atası Etibar Muradov Birinci Qarabağ müharibəsi qazisidir.