Şəhid olan daha beş hərbçinin kimliyi bilindi - yeni siyahı

Qarabağda sentyabrın 19-20-də keçirilmiş lokal antiterror əməliyyatlarında həlak olan hərbçilərimizin siyahısı yenilənib.

Siyahıda artıq 191 nəfərin adı yer alır.

Sentyabrın 27-də dərc olunan siyahıda 180, bir gün sonra yenilənən siyahıda isə 186 hərbçinin adı vardı.

Qeyd edək ki, şəhid olmuş hərbçilərdən 191 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan bir nəfər də mülki şəxsdir.
Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və bir mülki şəxs yaralanıb.

Şəhidlərimizin adlı siyahısına burada baxa bilərsiniz.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ