Separatçı rejimə məxsus “müdafiə ordusu”nun daha bir “general”ı da həbs edilib.
Qarabağda “milli qəhrəman”, “general-leytenant” Arşavir Qaramyan da “Laçın” SBM-də saxlanılıb. Məlumata görə, o, Qarabağdan Ermənistana gedərkən sərhədçilərimiz tərəfindən dayandırılıb.
Qeyd edək ki, indiyə kimi DSX bu barədə hər hansı məlumat açıqlamayıb.