“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır”.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Nəqliyyat rabitəsinin inkişafı Rusiya Federasiyası, Ermənistan və Azərbaycan üçün vacibdir, Moskva bu işi davam etdirməyə ümid edir”, - deyə Peskov qeyd edib.
O, həmçinin əlavə edib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının işi artıq Bakı ilə müzakirə mövzusu olacaq.