Qarabağdakı işğalçı ordunun keçmiş komandanı Levon Mnatsakanyan saxlanılıb

Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki keçmiş komandanı Levon Mnatsakanyan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə Ermənistan “Vətəndaş şüuru” ictimai təşkilatının prezidenti Narek Samsonyan Facebook səhifəsində məlumat verib.

“General-leytenant Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedən keçid məntəqəsində azərbaycanlılar tərəfindən saxlanılıb”, - politoloq yazır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ