Qarabağda memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib - video

Qarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlifçaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə olunduğunu sübut edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ