Xəbər verdiyimiz kimi, Azərbaycanın daxili işlər orqanlarının qüvvələri Qarabağ bölgəsinin ən böyük şəhəri olan Xankəndiyə daxil olub.
Yayılmış son görüntülərdən birində isə Azərbaycan polisinin Xankəndinin girişində yerləşən “məşhur” abidə “Biz və bizim dağlar”ın önündə keşik çəkməsi əks olunub.
Polis digər hüquq-mühafizə və təhlükəsizlik qurumları ilə birgə ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, bu tikili ermənilər arasında “nənə-baba” abidəsi kimi də tanınıb. Ondan Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun “gerb”ində də “simvol” kimi istifadə edilib.