Vardanyanı saxlayan hərbçi Elçin Quliyevin oğludur - foto

Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən həbs edilib.

Gununsesi.info Dövlət Sərhəd Xidməti tərəfindən paylaşılan fotoda  Vardanyanı saxlayan hərbçilərdən birinin kimliyini öyrənib.

Belə ki, Vardanyanın qolundan tutan gənc hərbçi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevdir.

Məlumata görə, Məhəmməd Quliyev DSX -da zabit kimi çalışır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ