Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən sözügedən vəzifə polis mayoru Sübhan İsgəndərova həvalə edilib.
Qeyd edək ki, S.İsgəndərov bu təyinata kimi Xızı Rayon Dövlət Yol Polisi Şöbəsində işləyib.