Ramil Usubovdan yeni təyinat

Daxili işlər orqanlarında daha bir təyinat olub.

Buta.media Unikal.org-a istinadən məlumat verir ki,  bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elvin Rizvanov Yevlax Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Xəbəri Yevlax Rayon Polis Şöbəsində təsdiqləyiblər.

Qeyd edək ki, Yevlax Rayon Polis Şöbəsinin xidmət üzrə keçmiş rəis müavini polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ