MN ermənilərin PUA idarəetmə stansiyasına zərbənin görüntülərini yaydı - video

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın səyyar yerüstü idarəetmə stansiyasının məhv edilməsinin görüntlərini yayıb.

Qurumun məlumatına görə, sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.

Qeyd edək ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ