Ermənilər mövqelərimizi atəşə tutublar - MN

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ