Azərbaycan dövlət televiziyası (AzTV) Ermənistan istiqamətində hərbi texnika daşıyan karvanını nümayiş etdirib.
Kadrlardan görünür ki, hərbi texnikanın hamısının üstü örtülüdür, bu səbəbdən konkret hansı silahların daşındığını müəyyən etmək mümkün deyil.
Qeyd olunur ki, bu görüntülər avqustun 18-də Təbriz-Mərənd yolunda lentə alınıb.
İddia olunur ki, bu, Hindistan istehsalı olan hərbi texnikadır və İranın iritutumlu yük maşınlarının köməyi ilə Ermənistana gətirilir.