General Hikmət Abbasov işdən çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən dünən əmr imzalanıb.

Buna qədər isə son bir neçə gündə bir çox rayonların Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisləri də tutduqları vəzifələrdən azad olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ