Azərbaycanda hərbçi yol qəzasında ölüb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal xəbər verir ki, hərəkətdə olan iki minik maşını toqquşması nəticəsində sürücülərdən biri, Azərbaycan Ordusunun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu (MAXE) 1984-cü il təvəllüdlü Tovuz rayon sakini Ceyhun Ağazadə və sərnişin 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib. 1961-ci il təvəllüdlü Faxrəddin Bədirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ