Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib - foto

Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ