Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki generalı vəzifəsindən azad olunub.
Bunlar Xidmətin Çağırış Baş İdarə rəisi general -mayor Çingiz Kiçikbəyov və Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyevdir.
Hər iki general sərəncama götürülüb.
Onlardan əlavə Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev də sərəncama götürülüblər.
Qeyd edək ki, həmin Baş İdarələr ləğv olunmayıb.