Bir neçə gün öncə Kəlbəcərdə hərbi hissəyə məxsus avtomobilin aşması nəticəsində həlak olan baş əsgər Emin Əliyevə şəhid statusu verilib.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd olunub ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun olaraq Xidmətin Şəmkir rayon şöbəsi tərəfindən Əliyev Emin Eldəniz oğluna “şəhid” adı, ailəsinə “şəhid ailəsi” statusu haqqında müvafiq arayış verilib.
Xatırladaq ki, iyulun 23-ü Kəlbəcər rayonu ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Maz” markalı avtomobil aşıb. Qəza nəticəsində hərbi qulluqçular - baş əsgər Əliyev Emin Eldəniz oğlu vəfat edib, leytenant Hüseynov Əli İlyas oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.