Nizam Osmanovun vəzifəsi ləğv edilib

Bir neçə gün əvvəl Müdafiə nazirinin müavini general-leytenant Nizam Osmanovun vəzifədən azad edilməsi ilə bağlı məlumat yayılmışdı. Onunla birgə nazirliyin Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimovun işdən çıxarıldığı bildirilirdi.

“Qafqazinfo”nun əldə etdiyi yeni məlumata görə, Nizam Osmanovun rəhbəri olduğu Maddi-Texniki Təminat İdarəsi və Şəxsi Heyət Baş İdarəsi postu ləğv edilib. Onlar, eyni zamanda nazir müavinləri idi və yeni dəyişikliyə əsasən adları nazir müavinləri siyahısından çıxarılıb.

Qeyd edək ki, general-polkovnik Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ