Nizam Osmanovla Elxan İbrahimov işdən çıxarılıb?

Müdafiə Nazirliyinin iki yüksəkvəzifəli generalının vəzifədən azad edilməsi barədə məlumatlar yayılıb.

Bu barədə ilk olaraq Bizim.Media saytı yazıb. Bildirilib ki, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov və nazirliyin Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov tutduqları vəzifələrdən uzaqlaşdırılıb.

Nizam Osmanov manset.az saytına açıqlamasında yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edib. Mediada onun müdafiə naziri Zakir Həsənovun bacanağı olması barədə məlumatlar yayılıb.

General-leytenant Nizam Osmanov isə 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsinə gətirilib. O, daha əvvəl bir sıra rəhbər vəzifələri, eləcə də korpus komandiri postunu tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ