Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin dörd üzvü öldürüldü

Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib. Nəticədə 4 terrorçu məhv edilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ