Ermənilərin Azərbaycan sərhədçilərinə atəş açmasının görüntüləri yayıldı - video

Sosial şəbəkələrdə Ermənistan ordusunun hərbçilərinin Azərbaycan sərhədçilərinə atəş açması anı ilə bağlı görüntülər paylaşılıb.

Kadrlarda görünür ki, Azərbaycan hərbçiləri Azərbaycan ərazisində bayrağımızı qaldırarkən onlara atəş açılır. Üstəlik bizim hərbçiləri Rusiya sülhməramlıları da müşayiət ediblər.

Qeyd edək ki, bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.
Öz növbəsində Azərbaycan ordusu baş vermiş təxribata qəti cavabını verib. 

Belə ki, 15 iyun 2023-cü il tarixdə “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ