Ermənistan ordusu Kəlbəcərdə mühəndis işləri görən traktoru atəşə tutub

MN: Ermənistan ordusu Kəlbəcərdə mühəndis işləri görən traktoru atəşə tutub

İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş nəticəsində xəsarət alan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ