Paytaxt oğrusu: Dovşan idim, viski içib pələng oldum

Bakıda Qacar nəslinin nümayəndəsi olan akademik, 90 yaşlı Çingiz Qacarın evinə basqın edən, onu və xadiməni öldürməyə cəhd etməkdə təqsirləndirilən Bəkir Rüstəmbəyovun məhkəməsi keçirilib. 

 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, ifadə verən B.Rüstəmbəyov özünü təqsirli bilərək hadisənin necə baş verməsi barədə danışıb: “AMEA-nın Fizika İnstitutunda elmi işçi işləyirdim, Çingiz Qacar mənim rəhbərim idi. Məni 8 il əvvəl işdən çıxartmışdı. Bu da mənə çox təsir eləmişdi. 
 
Hadisə günü 400 qram Şotlandiya viskisi içdim. Ayıq vaxtı dovşan idim, içkidən sonra pələng oldum. Evində pul olduğunu bildiyim üçün onlara getdim. Ən böyük səhvim xadimə Mətanət Hüseynovanı vurmaq olub. Evdəki pulları götürüb viski alacaqdım. Amma onları vurandan sonra qorxumdan pulları evdə qoyub qaçdım. Çox peşmanam, məni bağışlamalarını istəyirəm. Yeni ildə hər ikisinə zəng edib, məni bağışlamalarını istədim”.
 
Proses martın 19-da davam etdiriləcək. 
 
İttihama görə, B.Rüstəmbəyov tanışı Çingiz Qacarın əmlakını ələ keçirmək məqsədilə onun evinə gələrək özü ilə gətirdiyi çəkiclə Ç.Qacar və evdə xadimə işləyən Mətanət Hüseynovanın başından zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsi öldürməyə cəhd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ