Vilayət Eyvazov Zakir Həsənovun oğluna yeni vəzifə verdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nazim Həsənov Nəsimi Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Yeni vəzifəyə təyin edilən Nazim Həsənov müdafiə naziri general-polkovnik Zakir Həsənovun oğludur.

Qeyd edək ki, Nazim Həsənov bu təyinatadək Xətai Rayon Mühafizə İdarəsinin rəisi olub.

Bundan əlavə, nazir general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Nəsimi rayon Mühafizə İdarəsinin rəisi, polis polkovnik-leytenantı M.Məmmədov tutduğu vəzifədən azad edilib. O, Səbail Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Suraxanı Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki S.Hüseynov Xətai rayon Mühafizə İdarəsinin rəisi, Abşeron rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki A.Məmmədov isə Suraxanı rayon Mühafizə İdarəsinin rəisi vəzifələrinə təyin olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ