Şəmkirdə güllələnmə hadisəsi olub.
Rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib.
Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.Məlumata görə K. Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Buta.media oxu24.com-a istinadən bu gün səhər güllələnən “nadzorun” fotolarını təqdim edir: