Müdafiə Nazirliyi təkzib etdi: Atəş açmamışıq

Mayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, bunu qəti surətdə təkzib edirik.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, gündüz saatlarından həmin ərazidə qatı duman var. Bu cür məhdud görmə vəziyyətində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ