Fransa Azərbaycana qarşı proksi müharibəyə başlayıb - video

Caliber.Az-ın əldə etdiyi kadrlardan görünür ki, Ermənistan Silahlı Qüvvələri zərbə və kəşfiyyat PUA-larının idarə olunmasında mülki avtomobildən istifadə edib.

Bu avtomobil mayın 12-də erməni hərbi təxribatının qarşısı alınarkən Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Texnikanın vurulması anına diqqət yetirin - qara gödəkçədə mülki geyimli şəxs zədələnmiş avtomobildən sürünür. Partlayış yerindən təşviş içində qaçan hərbi formada iki erməni əsgərindən fərqli olaraq, qara gödəkçəli şəxs təmkin və məharəti qoruyub saxlayır - NATO standartlarına uyğun yüksək hazırlığı hiss etmək olar.

Mövcud məlumatlara görə, bu, erməni hərbçilərinə kəşfiyyat və PUA-ların hücumunu həyata keçirməyi öyrədən fransalı hərbi təlimatçıdır. Üstəlik, NATO hazırlığı olan bu cür “mülki” mütəxəssislər şərti sərhədin digər hissələrində də görüntüləniblər.

Qeyd edək ki, sonradan məhv edilən avtomobildən idarə olunan PUA-nın zərbəsi nəticəsində hərbçimiz Orxan Novruzəlizadə şəhid olub.

Xatırladaq ki, bir neçə gün əvvəl Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək qərarına gəlib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ