Azərbaycanda yol polisləri Qarabağ əlilinin həyatını xilas etdi - VİDEO

Goranboyda yol polisi Qarabağ əlilinin həyatını xilas edib. 

Buta.media-nın xəbərinə görə, Avtosfer.az-a bu barədə rayon sakinləri məlumat verib. 

Sakinlərin göndərdiyi videodan da aydın olur ki, bir nəfər yol kənarında yıxılaraq xəsarət alıb. Onun köməyinə vətəndaşlarla yanaşı yol polisi əməkdaşları gəlib. 99 YP 605 dövlət nömrə nişanlı, YPX avtomobilində xidmət aparan Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Təcili yardımın gec gəldiyini gördükdə özləri həmin şəxsi patrul avtomobilinə mindirərək xəstəxanaya çatdırıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxs Bilalov İsmayıl Məhəmməd oğludur və Qarabağ əlilidir. Yol kənarında dayanarkən huşunu itirib və başı səkiyə dəydiyi üçün ağır xəsarət alıb. Yol polisləri tərəfindən ilkin tibbi yardım göstərilən və daha sonra xəstəxanaya çatdırılan şəxsin həyatı xilas edilib. Hazırda müalicə olunur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ