Azərbaycan ordusu ermənilərin hərbi infrastrukturunu belə məhv etdi - video

Sosial şəbəkədə Azərbaycan ordusunun Basarkeçər rayonunun Zod istiqamətində ermənilərin hərbi infrastrukturunu məhv etməsi ilə bağlı görüntülər yayılıb.

Videonu Caliber Telegram kanalı yayıb.

Xatırladaq ki, mayın 11-də Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Daha bir hərbi qulluqçumuz Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Müdafiə Nazirliyinin məlumatına görə, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ