Ermənilər sərhədçilərimizə atəş açdı

29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri Ermənistanın Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.

Buta.media-nın xəbərinə görə, bu barədə DSX-dən məlumat verilib.

Xidmətdən verilən məlumatda bildirilib ki, bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açıl­ıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ