Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması birbaşa əldə olunub.
Bunu Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan deyib.
Xaçatryanın sözlərinə görə, hazırda sərhəddə vəziyyət nisbətən sabitdir, Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq birbaşa - iki ölkənin yüksək rütbəli rəsmiləri arasında əldə olunub.
“Lakin vəziyyətin sabitləşməsinə heç bir zəmanət yoxdur, hər an eskalasiya baş verə bilər. Biz mühəndis işləri görürük, onlar da. Prosesdə problemlər yaranır və hər şey ola bilər”, - deyə deputat bildirib.