Dünən Laçın istiqamətində baş verən erməni təxribatı ilə bağlı cinayət işi başlanıb.
Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib ki, 11 aprel 2023-cü il tarixdə Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələrlə əlaqədar Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb:
“Təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk”.