Azərbaycan sərhədçiləri Gürcüstanla sərhədi açdılar

Azərbaycan sərhədçiləri orta əsrlərə aid David-Qareci mağara kompleksindəki Udabno monastırına gedən yolu açıblar. 

Buta.media-nın məlimatına görə, Virtualaz.org Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu monastırın arximandriti Kiriona (Oniani) deyib.

Mənbəyə görə, bu gün səhər saatlarından etibarən zəvvarlar və din xadimləri sərbəst hərəkət edə bilirlər.

David-Qareci ərazisində hərəkətə qoyulmuş məhdudiyyət dörd gün davam edib.

Daha öncə Gürcüstan tərəfi bildirmişdi ki, Azərbaycan sərhədçiləri Keşikçidağ (David-Qareci) kompleksinə gedən yolu bağlayıblar. Bu məlumatı şərh edərkən, Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirmişdi ki, Azərbaycan daim Gürcüstanla sərhədin tezliklə delimitasiyasının tərəfdarı olub.

“Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”, - L.Abdullayeva deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ