Azərbaycanda hərbçilər avtomobil qəzasında həlak oldular - foto

Aprelin 2-də saat 21:00 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində F.İbrahimli idarə etdiyi VAZ-2107 markalı avtomobili divara vurub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır:

“Avtomobildəki sərnişin E.Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada dünyasını dəyişib”.

Hər iki şəxs hərbçi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ