Daxili İşlər naziri Ramil Usubov rəis müavinini işdən çıxarıb.
Buta.media xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun əmri ilə, Gədəbəy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Fəzail Məmmədov vəzifəsindən azad olunaraq sərəncama götürülüb. Onun yerinə isə hələlik təıyinat yoxdur.
Xəbəri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov təsdiqləyib.