Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub.
O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Hələlik onun yerinə təyinat yoxdur.