İnspektor kimi başladı, sədr oldu - DGK-nın yeni sədri kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Buta.media Ş.Bağırovun dosyesini təqdim edir.

Ş.Bağırov 1965-ci ildə Bakıda anadan olub. 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. İkinci təhsil kimi 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işinin təşkili” fakültəsindən məzun olub.

2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

Əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan Respublikasında Aqrar Sənayə Kompleksi sistemində ixtisasına uyğun olaraq fəaliyyətə başlayıb.

1992-ci ildən gömrük sistemində inspektor vəzifəsində fəaliyyətə başlayıb, gömrük sistemində müxtəlif vəzifələrdə çalışıb və Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə qədər yüksəlib.

2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

2014-ci ildə gömrük xidməti general-leytenantı rütbəsi verilib.

2022-ci ilin iyulun 18-də  Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə  Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.

Ailəlidir, 2 (iki) övladı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ