Vilayət Eyvazov İnterpolun Bakı mərkəzinə yeni rəis təyin etdi

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Zamin Həsənov təyinat alıb.

Qeyd edək ki, Z.Həsənov bu təyinata qədər DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ