Səhlab Bağırovun yerinə Çevik Polis Alayına yeni komandir təyin edildi

Daxili İşlər Nazirliyi Çevik Polis Alayına yeni komandir təyin edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə Alayın qərargah rəisi olan polis polkovniki Ramil Priyev təyin edilib.

Qeyd edək ki, ÇPA-nın komandiri general-mayor Səhlab Bağırov iki gün öncə vəzifəsindən azad edilərək DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi vəzifəsinə təyinat almışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ