Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Ətraflı
Sərəncama əsasən, Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci ilin mayın 7-si imzaladığı sərəncamla Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilmişdi.