Mən niyə üzr istəməliyəm? - Hərbi prokuror Xanlar Vəliyev

Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev növbəti dəfə “Tərtət işi” ilə bağlı danışıb. 

Manset.az-ın suallarını cavablandıran X.Vəliyev bildirib ki, onun sözlərini təhrif edirlər.

“Mənim dediklərimi təhrif edirlər. Mən “Tərtər işi”ni nağıl adlandırmamışam. Mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təzyiq edib, məni döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu, ola da bilməz”, - deyə o qeyd edib.

Xanlar Vəliyev həmçinin Milli Məclisdə deputatların onun üzr istəməsi ilə bağlı tələbini əsassız hesab edib.

“Mən niyə üzr istəməliyəm, hansı səbəbə? Kim bunlar barədə danışır ondan soruşun, niyə? Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar”, - Hərbi prokuror deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ