Müdafiə nazirinin yeni müavini kimdir? - FOTO+VIDEO

Azərbaycan Müdafiə Nazirliyində yeni təyinat olub. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə  Bakı şəhərində anadan olub.

2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr  təhsili alıb.

2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.

2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Ailəlidir. İki övladı var.

Aqil Qurbanov ötən gün Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyətinin tərkibində mülki geyimdə Fəxri xiyabanı ziyarət edib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ