Polkovnik Mais Orucəliyev vəfat etdi

Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, “Qarabağ” ordenli, Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, polkovnik Mais Orucəliyev Türkiyədə vəfat edib.

O, uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, bir ildən çoxdur ehtiyatda olan Mais Orucəliyev Biləsuvarda dəfn ediləcək.

Xatırladaq ki, Mais Orucəliyev “Hərbi xidmətə görə” medalı ilə 2016-cı ildə təltif olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ