Goranboyda hərbi maşın qəzaya düşdü: yaralılar var

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.

17:40

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xan Qərvənd kəndi ərazisində qeydə alınıb.

Bu barədə APA məlumat yayıb.

“QAZ-3308” markalı avtomobil idarəetmədən çıxması nəticəsində yol kənarındakı dayanacağa, daha sonra “VAZ-21099” markalı minik maşınına çırpılıb. “QAZ 3308”-də olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzaya uğrayan “QAZ 3308”-in hərbi maşın olduğu bildirilir. Məlumata görə, xəsarət alanları hamısı hərbçidir.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ