Zakir Həsənov komandoların sentyabr döyüşlərindəki fəaliyyətini qiymətləndirib

Müdafiə naziri komandoların sentyabr döyüşlərindəki fəaliyyətini qiymətləndirib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov komandoların sentyabr döyüşlərindəki fəaliyyətini qiymətləndirib.

"Report"un yerli bürosunun xəbərinə görə, Z.Həsənov Türkiyədə jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanda artıq komando hərbi hissələrinin yaradıldığını və fəaliyyət göstərdiyini qeyd edib.

“Son döyüşlərdə onlar öz imkanlarını nümayiş etdirdilər və vəzifələri uğurla yerinə yetirdilər. Digər məsələlər də uğurla həyata keçirilir”, - müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ