Çin şimal-qərbdəki Tsyuntsyan kosmodromundan Günəşin öyrənilməsi üçün kosmik rəsədxananı uğurla orbitə buraxıb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Günəşin tədqiqatı üçün yeni peyk “Long March-2D” daşıyıcı raketindən istifadə edilərək orbitə çıxarılıb.
Kosmik rəsədxana əsasən Günəşdə baş verən partlayışları, tac kütlələrinin atılması və Günəşin maqnit sahəsi arasında səbəb-nəticə əlaqələrini araşdırmaq, eləcə də kosmik hava proqnozu üçün zəruri olan məlumatların əldə edilməsi üçün istifadə olunacaq.